Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Milli.Az xəbər verir ki, bu barədə Xalq artistinin özü məlumat verib.
Onun sözlərinə görə, 15 gün ev şəraitində müalicə alacaq, daha sonra isə yenidən 1 həftəlik xəstəxanaya yerləşdiriləcək.
Qeyd edək ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. (APA)
Milli.Az





