İdman

"Qarabağ" Elvinlə bağlı qərarını verdi

9 Fevral 2026 15:03
Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Elvin Cəfərquliyevi komandada saxlamaq üçün hərəkətə keçib.

Milli.Az idmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bir neçə klubdan təklifi olan futbolçunu buraxmaq niyyətində deyil. Qurban Qurbanovun komandada qalmasını istədiyi oyunçuya yüksək maaşla yeni sözləşmə təklif edilib.

Belə ki, "Qarabağ" rəhbərliyi millimizin üzvünə illik 400 min dollar (680 min manat) əməkhaqqı ilə sözləşmə təklif edib. Bunun ardından, müdafiəçi Avropa klublarından gələn təklifləri kənara atıb.

Onun yüksək ehtimalla "Qarabağ"da qalacağı gözlənilir.

Xatırladaq ki, 25 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi bu ilin yayında bitir. O, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 4 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.