İdman

""Barcelona" və "Atletico"nu heç vaxt çalışdırmayacam"

3 Sentyabr 2016 17:42
4 Şərh     Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Munich"in yeni baş məşqçisi Karlo Ançelotti ÇL-da rəqibləri olan "Atletico Madrid"lə oynayacaqları matç haqqında danışıb. Goal.az xəbər verir ki, "Marca" qəzetinə açıqlama verən təcrübəli mütəxəssis keçmişdəki rəqabətə toxunaraq bu dəfə "Vicente Calderon"da qələbə qazanmaq istədiyini dilə gətirib: "Atletico" ilə matçları səbirsiziliklə gözləyirəm. Simeoneyə qarşı oynamaq həmişə çətin olub, amma mən də bu cür matçları sevirəm. Bu dəfə "Vicente Calderon"da qələbə qazanmaq istəyirəm. "Chelsea" və "Real"la bunu bacara bilmədim. "Bayern" olaraq "Atletico"nun necə komanda olduğunu bilirik, çünki keçən mövsüm onlar bizi mübarizədən kənarlaşdırmışdılar və o oyunları hələ də unutmamışıq".

57 yaşlı italiyalı çalışdırıcı ""Barcelona" və "Atletico"nu çalışdırarsınızmı?" sualına "Xeyr, heç vaxt! Əzəli rəqiblərin bir-biri ilə olan keçmişinə hörmət etdiyim üçün "Lazio" ilə "Inter"i çalışdırmadım. Bu, mənim fəlsəfəmdir və hörmət mənim üçün çox önəmlidir. "Barcelona" ilə "Atletico"ya da hörmətim var, amma 2 il "Real Madrid"in baş məşqçisi olduğum üçün heç vaxt onun əzəli rəqiblərinə rəhbərlik etməyəcəm", - cavabını verib.

Xatırladaq ki, "Atletico Madrid" - "Bayern Munich" matçı sentyabrın 28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.