İdman

Ən məşhur futbolçulardan biri intihar etdi

25 Aprel 2011 20:08
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Goal"a istinadən bildirir ki, Honkonqun ən məşhur futbolçularından biri Çen Say Ho intihar edib. 35 yaşlı futbolçu 36-cı mərtəbədəki mənzilinin pəncərəsindən özünü atıb. Polisin dediyinə görə, intihara səbəb pul üstündə münaqişə olub.

Honkonq yığmasının baş məşqçisi San Vay Çunun dediyinə görə, Say Ho əla futbolçu idi və yaxşı da məşqçi ola bilərdi.
Ho futbolçu karyerini 2008-ci ildə başa vurub. 2003-cü ildə o, Honkonq çempionatının ən dəyərli futbolçusu sayılmışdı.

1993-cü ildə isə Çen Say Ho Honkuonqun gənclərdən ibarət yığma komandasının heyətində Portsmut Kubokunda Böyük Britaniya millisi ilə matçın 2,8 saniyəsində rəqib qapısına qol vurmuşdu.
Bu, dünya futbolu tarixində ən sürətli qollardan biri sayılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.