İdman

"Real" "Barcelona" üzərində minimal hesablı qələbə və kubok qazandı

21 Aprel 2011 09:26
Baxış: 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azerisport.az xəbər verir ki, ötən həftənin şənbə günündən fərqli olaraq bu dəfə Madrid yox, Valensiya diqqət mərkəzində idi.
 
Çünki burada təkcə İspaniyanın yox, eləcə də dünyanın iki nəhəng klubu - "Barcelona" və "Real" növbəti "El Klasiko"ya çıxdı. Bu dəfə "Kral Kuboku"nun finalında üz-üzə gələn əzəli rəqiblərin qarşılaşmasına "Mestalya" ev sahibliyi edirdi.
 
Bu əzəli rəqiblərin kubokda 29-cu dueli idi. Bu oyuna qədər keçirilən 28 qarşılaşmanın 14-də "Barsa", 9-da "Kral Klubu qalib gəlmişdi. Qalan 5 qarşılaşma isə sülhlə bitmişdi. Rəqiblər "Kral Kuboku"nun finalında da 6-cı dəfəydi qarşılaşırdı. Yenə də "Barsa" rəqibi ilə duellərdə üstün durumdaydı. Keçirilən 5 finalın 3-də kataloniyalılar, 2-də madridlilər sevinən tərəf olmuşdu.
 
Bütövlükdə isə, bu oyun "El Klasiko" tarixində baş tutan 211-ci qarşılaşma oldu. Bu oyuna kimi keçirilən 210 matçın 85-də "Real", 82-də "Barselona" qələbə qazanmıç, 43 matç isə sülhlə bitmişdi.
 
Lakin bu dəfəki qarşılaşmanın sonunda gülən tərəf "Real" oldu. Əsas vaxtı qolsuz bitən qarşılaşmanın əlavə vaxtında - 103-cü dəqiqəsində Ronaldonun vurduğu yeganə qol "Real"a vacib qələbə və kuboku qazandıırdı.
 
Qeyd edək, 18 gün ərzində futbolsevərlər dörd "El Klassiko"ya şahidlik edəcək. Aprelin 16-da Madriddə keçirilən ilk "El Klassiko" sülhlə bitmişdi - 1:1. Bu günkü qarşılaşmadan sonra "Real"la "Barselona" Çempionlar Liqasının yarımfinalında da üz-üzə gələcəklər. İlk oyun aprelin 27-də Madriddə, cavab qarşılaşması isə mayın 3-də Barselonada keçiriləcək.
 
İspaniya kuboku
Final
20 aprel
 
Barcelona - Real - 0:1
Qol: Ronaldo, 103.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.