İdman

Təbrizlilər tehranlıları 2:1 məğlub etdilər - VİDEO

12 Aprel 2011 09:41
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, oyun Tehranın 100 000 nəfərlik stadiyonunda keçirildi. "Traktor" "İstiqlal"a qarşı bu qələbəsi ilə mümkün 3 xalı əldə etdi. Beləliklə də, "Traktor" Asiya Klub Çempionatında iştiraka daha bir addım yaxınlaşdı.

Oyundan sonra, Tehranda və  İranın Azərbaycan şəhərlərində, xüsüsilə Təbrizdə, on minlərlə azərbaycanlı xiyabanlara axışıb şənlik etdilər.
"Traktor"un birinci qolunu oyunun 7-ci dəqiqəsində Əli Əlizadə vurdu. Traktorun ikinci qolunu isə 85-ci dəqiqədə iraqlı oyunçu Kərrar vurdu. "İstiqlal"ın yeqanə qolunu isə 34-cü dəqiqədə Seyid Salehi vurdu.

İranlılar arasında çox populyar olan və fars dilində yayılan "Qol" saytı azərbaycanlıların Tehranda bu matçın tamaşasına getmələrinə işarə edərək, oyunun lap əvvəlinci dəqiqəsindən yazır: "İstiqlal komandasının azarkeşləri "Traktor"un tərəfdarları ilə  müqayisədə o qədər də nəzərə çarpmır" və ""Azadi"də Azərbaycan musiqisi çalınırkən, "İstiqlalçı"lar etiraz edirlər, amma "Azadi"nin atmosferi elədir ki, elə bil "Azadi"ni Təbrizin mərkəzinə aparıblar". "Qol" saytında əlavə olunur ki, "Traktor"un azarkeşləri "Səhər" televiziyasının müxbirini tənqid edirlər. Onların dediklərinə görə, müxbir "Traktor"un tərəfdarlarının "İstiqlal"ın azarkeşlərindən neçə qat çox olduğunu demək istəmir.

"Təbriz Post" bildirir ki, Təbriz əhalisinin çoxu, Bağmeşə, Abbasi, Vəliəsr, Nisfirah, 42 Metrlik, Heydərabad, Rüşdiyyə, Lalə, Şəhnaz və Abirəsan kimi yerlərdə toplaşıb şadlıq ediblər. Təbrizin bəzi məhəllələrində toplaşanların siyasi məhbusların azadlığını tələb edən şüarlar səsləndirdiklərini və bunun nəticəsində azı 10 nəfərin təhlükəsizlik məmurları tərəfindən tutulduğu bildirilsə də, onlardan heç birinin adı açıqlanmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.