İdman

"Xəzər Lənkəran" Azərbaycan çempionatından rəsmən imtina etdi!

20 May 2016 21:59
11 Şərh     Baxış: 3 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəzər Lənkəran" Azərbaycan çempionatında oynamaqdan imtina edib. Milli.Az sport7.az-a istinadən xəbər verir ki, cənublular birinci divizionda da iştirak etməyəcək.

Bunu sayta açıqlamasında "ağ-yaşıllılar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Qeyd edək ki, cari mövsümün nəticələrinə görə "Xəzər Lənkəran" Premyer Liqa ilə vidalaşıb.

Ağadadaş Həmidovun komandası son turda "Rəvan"la qarşılaşıb. Matçın gedişində cənublular hesabda öndə olsa da, matçın 82-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyevin təyin etdiyi şübhəli penaltidən sonra hesab bərabərləşib - 2:2. Oyunda bundan başqa qol olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory