İdman

"Qalatasaray": 4 alnımıza yazılıb! - YENİLƏNİB - FOTOSESSİYA

10 Dekabr 2014 11:20
0 Şərh     Baxış: 3 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:28

Dünən Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarının görüşləri oynanılıb.

A qrupunda "Yuventus" evdə "Atletiko"nu qonaq edib. Artıq Madrid klubu "pley-off"a vəsiqəni təmin edib. "Yuventus" isə 1/8 finala çıxmaq üçün ən azı "Atletiko"dan bir xal almalı idi ki, bunu da bacarıb - 0:0. Qrupun digər oyununda "Olimpiakos" evdə "Malmö"yə 4:2 hesabı ilə qalib gəlib.

B qrupunda "Real" "Ludoqorets"i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. "Liverpul" isə "Bazel"i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.

C qrupunda "Zenit" "Monako"nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. "Benfika" isə evdə "Bayer" (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb.

Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutub. Burada "Qalatasaray" "Arsenal"ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan "Cim-bom" bu görüşdə təsəlli qələbəsini qazanmağa çalışsa da, bunu bacarmayıb - 1:4. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Anderlext"i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" (İngiltərə) klubları 1/8 finala yüksəliblər.


9 dekabr

A qrupu

23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) - 0:0

23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç) - 4:2
Qollar:
Fuster, 22 (1:0), Kron, 59 (1:1), Dominqez, 63 (2:1),Rosenberq, 81 (2:2), Mitroğlu, 89 (3:0), Affelay, 90 (4:0)
Qırmızı vərəqə: Adu, 90+3 ("Malmö")
 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Atletiko (Madrid)

6

4

1

1

14:3

13

2.

Yuventus

6

3

1

2

7:4

10

3.

Olimpiakos

6

3

0

3

10:13

9

4.

Malmö

6

1

0

5

4:15

3



B qrupu

23:45."Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:1
Qollar:
Fray, 25 (0:1), Cerard, 81 (1:1)
Qırmızı vərəqə: Markoviç, 60 ("Liverpul")

23:45."Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) - 4:0

Qollar: Ronaldo, 20-pen (1:0), Beyl, 38 (2:0), Arbeloa, 80 (3:0), Medran, 88 (4:0)
Qırmızı vərəqə: Marselinyo, 19 ("Ludoqorets")

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Real (Madrid)

6

6

0

0

16:2

18

2.

Bazel

6

2

1

3

7:8

7

3.

Liverpul

6

1

2

3

5:9

5

4.

Ludoqorets

6

1

1

4

5:14

4



C qrupu

23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya) - 2:0
Qollar:
Abdennour, 63 (1:0), Fabinyo, 89 (2:0)

23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya) - 0:0
Qırmızı vərəqə:
Toprak, 90+1 ("Bayer", Leverkuzen)
 

S

Komandalar

O

Q

H

M

T-f

Xal

1.

Monako

6

3

2

1

4:1

11

2.

Bayer (Leverkuzen)

6

3

1

2

7:4

10

3.

Zenit

6

2

1

3

4:6

7

4.

Benfika

6

1

2

3

2:6

4


D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Anderlext" (Belçika) - 1:1

Qollar: İmmobile, 58 (1:0), Mitroviç, 84 (1:1)

23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 1:4
Qollar:
Podolski, 3 (0:1), Remzi, 11, 29 (0:3), Sneyder, 89 (1:3), Podolski, 90+3 (1:4)

 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Borussiya (Dortmund)

6

4

1

1

14:4

13

2.

Arsenal

6

4

1

1

15:8

13

3.

Anderlext

6

1

3

2

6:10

6

4.

Qalatasaray

6

0

1

5

4:19

1


Milli.Az

----------
11:20

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.