İdman

Arda Turan: "Ya bərabər batarıq, ya da bərabər xilas olarıq"

31 Yanvar 2014 17:35
0 Şərh     Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan "Goal.com" saytına müsahibə verib. Milli.Az qol.az saytına istinadən həmin müsahibəni təqdim edir:


Çıxışım uğurludurmu? Buna insanlar qərar verəcək

"Hazırda uğurlu çıxış edib-etmədiyim insanların baxışları ilə əlaqədardır. Kimisi heç bir şey etmədiyimi düşünür, kimisi də çox uğurlu çıxış etdiyimi söyləyir. Bu insanların şəxsi düşüncələridir.
 

"Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"lu da məni...

"Kimsəyə qarşı əxlaqi dəyərlərin xaricində bir davranışım olmadı. Həm milli komandanın, həm "Qalatasaray"ın, həm də "Manisaspor"un formasını əxlaqlı bir şəkildə tərlətdim. Məhz buna görədir ki, Türkiyədə azarkeşlik etdiyi komandadan asılı olmayaraq hər kəs məni sevir".
 

Artıq yeni hədəflərim var

"Uşaq ikən ağlımda hər zaman ölkəmi Avropada təmsil etmək xəyalları var idi. Elə yeniyetmə yaşlarından həm "Qalatasaray"ı, həm də Türkiyəni Avropada təmsil etmək istədiyimi söyləyirdim. Artıq yeni hədəflərim var və onlara doğru irəliləyirəm".

Futbolçu ola bilməyəcəyimi düşündüyüm anlarım oldu

"Manisaspor"a getdiyimdə "əgər burada alınmazsa, futbolçu ola bilməyəcəm" dediyim anlarım oldu. Ancaq şükürlər olsun ki, futbolçu olmağı bacardım. Allah inancı olan biri kimi hər zaman çalışdım və rəbbim də mənə gözəl şeylər nəsib etdi".
 

Baş məşqçi olsam, ilk nə edərdim?

"Hazırda Türkiyə millisinin sükanı ən yaxşı baş məşqçinin əlindədir. Bu səbəbdən baş məşqçi olsaydım, görəcəyim işlər elə Fatih Terimin planları ilə eyni olardı".
 

Ya bərabər batarıq, ya da...

"Deyək ki, gəminiz batmaq üzərədir. Həmin anda Dieqo Simeone, Dieqo Kosta və sən xilas olmağa çalışırsınız. Ancaq sənin yalnız bir nəfəri xilas etmək şansın var. Bu vəziyyətdə seçimin kim olardı?" sualını Arda belə cavablandırıb: "Bizim həyatda belə seçimimiz olmaz. Ya bərabər batarıq, ya da bərabər xilas olarıq". Bəs "ən yaxın dostun bir günah işləyərsə, onu satarsanmı?" sualına "Bizim dostlarımız günah işləməzlər. Əgər Allah qorusun hər hansı bir səbəbdən günah işləsələr, özləri özlərini satar və heç bir şeydən qaçmazlar", - deyə cavab verib.
 

Messi ilə bir-birimizə uğurlar dilədik

"Messi daha öncə də dediyim kimi dünya tarixinin ən yaxşı və özəl futbolçularından biridir. Onun formasını almaq mənim üçün böyük şərəfdir. Onunla formalarımızı dəyişdirərkən bir-birimizə uğurlar dilədik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.