Hadisə

Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu

18 Dekabr 2025 17:58
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb.

Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Almazər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.