Fevralın 2-də keçirilməli olan "Qarabağ"- "Xəzər-Lənkəran" görüşü təxirə salına bilər. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Tofiq Bəhramov adına stadionun direktoru Akif İsmayılov verib.
Mərkəzi arenanın direktoru stadionun qardan təmizlənməsinin mümkün olmadığını etiraf edib:
"Hazırda qazon qarla örtülüb. Biz onu təmizləmirik. Çünki qar dayanmayıb, hələ də yağır. Gərək qarın yağması dayansın sonra biz onu təmizləyək. Hazırda -3-4 dərəcə şaxta var. Belə havada istilik sisteminin istifadəsi də mümkün deyil. Matçın keçirilməsi sual altındadır. Çünki hava sabah daha da pis olacaq. Oyunun təxirə salınması istisna deyil".
Milli.Az





