"Real Madrid" klubunun superulduz forvardı Kriştianu Ronaldu təqdirəlayiq hərəkət edib. Milli.Az-ın məlumatına görə, Kriştianu Ronaldu həmkarı, Koliumbiya yığmasının və "Monako" klubunun forvardı Radamel Falkaoya mesaj göndərib.
"Bu mesajı böyük ümidlərlə göndərmək istəyirəm. Sən daha tez sağalmalısan, çünki futbolun Falkaoya ehtiyacı var. Dünya çempionatı Kolumbiya üçün çox şey deməkdir. Tez sağalmağını, meydana daha tez çıxmağını arzulayıram. Bundan başqa nə istəyə bilərəm ki?! Güclü ol, Falkao. Qucaqlayıram!"
Xatırladaq ki, Falkao Fransa kubokunda ciddi zədələnib. Onun Dünya çempionatını buraxacağı bildirilir.
Tuncay
Milli.Az





