İdman

Beşqat Olimpiya çempionu xəstəxanaya düşdü

31 Yanvar 2014 14:19
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Üzgüçülük üzrə beşqat olimpiya çemionu Yan Torp alkoqol asılılığı və depressiya ucbatından reabilitasiya mərkəzinə düşüb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, avstraliyalı idmançı evdə yıxılaraq travma aldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Torp idmanı tərk etdikdən sonra psixoloji problemlərdən əziyyət çəkir. İndi həkimlər ona həyatın mənasını tapmaqda yardımçı olmağa çalışırlar.

2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarına qəbul olunmadıqdan sonra Torp idmanı tərk edərək depressiyaya düşüb.

İdmançı 200, 400 və 800 metr məsafəyə üzmək üzrə beşqat Olimpiya çempionudur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.