İdman

Azərbaycanlı məşqçilər batut üzrə beynəlxalq dərəcəli hakim olublar

31 Yanvar 2014 13:12
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç azərbaycanlı mütəxəssis batutda tullanma üzrə beynəlxalq dərəcəli hakim olub. Belə qərar yanvarın əvvəlində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Batutda tullanma üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruşun iştirakı ilə keçirilən hakimlər seminarının yekunları üzrə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.
 

Bakı Gimnastikanın Məktəbinin məşqçiləri Abdulla Qasımov, Rahib ƏliyevAdil Hüseynzadə kursu müvəffəqiyyətlə dinləyərək, üç imtahan veriblər və bundan sonra 4-cü hakim dərəcəsinə malik olublar. A.Hüseynzadə həm də tamblinq üzrə 3-cü dərəcəli beynəlxalq hakimdir.
 

Artıq bu yay və payızda onlar İsveçrədə, Belarusda və Portuqaliyada Dünya Kuboku mərhələlərində, ən yaxın perspektivdə, yəni aprelin əvvəlində Pireney yarımadasında Avropa çempionatında iştirak edə biləcəklər.
 

Batutda tullanma yeni idman növüdür və o, keçən ildən Azərbaycan Gimnastika Federasiyasında inkişaf etdirilir. Ölkə yığmasının üzvü Ruslan Ağamirov dünya çempionatında, bir sıra Dünya Kuboku mərhələlərində çıxış edib, həmçinin Belarusda beynəlxalq yarışda ikinci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.