"Qoca Sinyora" "Müqəddəs"lərin forvardını alır
Milli.Az-ın məlumatına görə, "Sauthempton"un hücumçusu Pablo Osvaldo mövsümün sonuna kimi icarə əsasında "Yuventus"da çıxış edəcək.
Artıq tərəflər arasında razılıq əldə olunub. Sabah futbolçu Turin klubunda tibbi müayinədən keçməlidir. "Yuventus" yayda 20 milyon avro müqabilində Osvaldonun transferini reallaşdırmaq hüququna da sahib çıxıb.
Qeyd edək ki, o, komanda yoldaşı Joze Fonte ilə məşq zamanı dalaşdığına görə məşqlərdən kənarlaşdırılmışdı.
Tuncay
Milli.Az





