İdman

Azərbaycanlı futbolçuların tətili uzanacaq?

31 Yanvar 2014 12:40
0 Şərh     Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana yağan güclü qar səbəbindən sabah keçirilməsi gözlənilən Topaz Premyer Liqasının 19-cu turunun oyunlarının keçirilib-keçirilməyəcəyi hələ dəqiqləşməyib.
 

Bu haqda Qol.Az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 

Onun sözlərinə görə, PFL bütün klublara meydançalarındakı qarı təmizləmək haqda xəbərdarlıq edib. "Hal-hazırkı vəziyyətdə oyunları keçirmək olar. Amma bu gün axşam və sabah üçün də qar yağacağı proqnozlaşdırıldığından matçların keçiriləcəyi ilə bağlı qəti söz demək olmur. Sabah AFFA nümayəndələri, hakim-inspektorlar və hakimlər stadionlarda meydançanın durumunu bir daha yoxlayacaqlar. Əgər hava şəraiti imkan versə, matçlar baş tutacaq, əks halda 21-ci turun oyunlarının təxirə salınması mümkündür".
 

Xatlırladaq ki, Topaz Premyer Liqasında qış fasiləsinə sabah yekun vurulur. Fevralın 1-də "Qarabağ" "Xəzər Lənkəran"ı, "Sumqayıt" "Qəbələ"ni, fevralın 2-də "İnter" AZAL-ı, "Bakı" "Rəvan"ı, "Neftçi" isə "Simurq"u qəbul edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.