İdman

Oyuna geçikən komandaya şok cəza verildi

31 Yanvar 2014 14:52
0 Şərh     Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyası 3-cü liqada mübarizə aparan "Siirtspor" klubunu ağır şəkildə cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Anadolu təmsilçisi aşağı liqaya göndərilib.

Belə ki, buna səbəb, "sarı-mavilər"in "Derice Bələdiyəspor" matçına gecikməsi olub. Nizam-İntizam Komitəsi isə bu hərəkəti cari mövsümdə ikinci dəfə təkrarlayan komandanın gecikdiyi və bundan sonra keçirəcəyi bütün oyunlarına texniki məğlubiyyət verib.

Qeyd edək ki, "Siirtspor" 1999-2000 mövsümündə ölkənin güclülər dəstəsi Superliqada mübarizə aparıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.