İdman

"Fənərbağça" cəzalandırıldı

31 Yanvar 2014 10:10
0 Şərh     Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi "Fənərbağça" klubunu cəzalandırıb. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb "sarı-lacivərdli" azarkeşlərin stadionda qeyri-etik şüarlar səsləndirməsi və söyüş söyməsi olub.

Superliqa çərçivəsində keçirilən son "Konyaspor" matçı ilə azarkeşlərin cari mövsümdə 5-ci dəfə bu hərəkətləri təkrarlaması klubu pis vəziyyətə salıb. Bu qərardan sonra İstanbul təmsilçisi növbəti çempionat matçını azarkeşlərsiz keçirməli və 150 min türk lirəsi də cərimə ödəməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.