İdman

İlqar Nəbiyev: "Sənədlər düzəlsə, Qırğızıstan millisində çıxış edəcəm"

10 Sentyabr 2013 18:26
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litvanın "Tauras" klubunun futbolçusu İlqar Nəbiyevin Sportal.az-a müsahibəsi
  

- Uzun müddətdir ki, legioner həyatı yaşayırsan. Çətin deyil ölkədən kənarda oynamaq?

- Yox, çətin deyil. Mən buna alışmışam. Bəzən ev üçün darıxıram, amma hər şey yaxşıdır.
  

- Çıxış etdiyin Litvanın "Tauras" klubu turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. Komandanın vəziyyəti niyə pisdi?

- "Tauras" həmişə iddialı olub. Çox yox, keçən mövsüm Litvanı Avropa Liqasında təmsil edib. Bu il klubun prezidenti komandanın büdcəsini azaltdı. Buna səbəb klubun borcunun olması idi. Gələn mövsümdən yenə "Tauras" öz iddiasını davam etdirəcək.
 

- Nə üçün Litvanı seçdin? Başqa təkliflər yox idi?

- Var idi, Moldovanın "Rapid" klubu ilə razılığa gəlmişdim. Menecerim Mehmet Ali Çalışkan Litvadan sərfəli təklif olduğunu dedi və mən də bu təklifi qəbul etdim.
 

- Bəs nə üçün əsas milli komandaya dəvət almırsan?

- Buna görə təəssüf hissi keçirirəm. Ən azından mənə baxa bilərdilər. Mən Moldovada oynayanda Nazim Süleymanova mənim haqqımda məlumat vermişdilər. Süleymanov isə cavabında "bizi Moldova çempionatının səviyyəsi qane etmir" demişdi. Mənə belə dedilər. Bu yaxınlarda da "Tauras"a transfer olduqdan sonra AFFA rəsmisi Raid Rafiyevə mənim haqqımda məlumat vermişdilər, amma o da "bəli, biz İlqar Nəbiyevi tanıyırıq, amma onu heç vaxt milliyə çağırmayacağıq" deyib. Raid Rəfiyev gedib Türkiyənin "Ankaragücü"nün hüçumçusu Teoman Sapanı milli komandamıza dəvət edir, amma yerli futbolçulardan Asif Məmmədov, Namiq Yusifov kimi futbolçular kənarda qalırlar. Mən artıq milli komandadan əlimi üzmüşəm və başqa ölkədən təklif almışam.
 

- Bu hansı ölkədir?

- Qırğızıstan milli komandası mənə dəvət göndərib. Sənəd məsələləri düzəlsə, noyabrın 16-da Bişkekdə keçiriləcək yoldaşlıq matçında Azərbaycan yığmasına qarşı oynamaq şansım var. Bunu Qırğızıstan Futbol Ferderasiyasının baş katibi Dastan Konbakayev təsdiqləyib.
  

- Bəs bu oyunda iştirak etsən, nə hisslər keçirəcəksən?

- Könül istərdi ki, öz milli komandamızda çıxış edim. Yalnız görünən budur ki, mən heç vaxt Azərbaycan yığmasında çıxış etməyəcəm. Mən yenə də azərbaycanlıyam, ailəm, evim və hər şeyim buradadır. Mən fəxr edirəm ki, azərbaycanlıyam.
 

- Ümumiyyətlə, milli komandanın hazırkı durumu barəsində nə deyə bilərsən? Legioner həyatı yaşamış futbolçuya belə laqeyd münasibət bəslənilməsi səni narahat edir?

- Millimizin İsraillə sonuncu oyununu izlədim. Öz yerli futbolçularımız canla-başla meydanda sona kimi mübarizə aparırdılar. Milliyə kənardan dəvət olunan futbolçuların səviyyəsi də göz qabağındadır. Mən başa düşə bilmirəm ki, Berti Foqts onları nəyə görə milliyə dəvət edir. Bizim yerli futbolçular onlardan qat-qat üstündürlər. Mən artıq bu laqeyd münasibətə alışmışam. Ona görə də mənə harada isti münasibət varsa, oraya gedirəm. Buradan ataların bir misalını xatırlatmaq istəyirəm: Böyük yerin balacası olmaqdansa, balaca yerin böyüyü olmağını seçərəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.