Müharibə iştirakçılarına pensiya ödənişləri necə olacaq? – RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları (müharibə veteranları, hərbi qulluqçu sayılmayan, hərbi rütbəsi olmayan, əsgərlər) qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdıqda və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar:
"Qeyd olunan kateqoriyadan müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulması nəticəsində əlilliyi müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına (əsgərlərə) isə əlilliyə görə əmək pensiyası xidmət müddətindən asılı olmayaraq təyin edilir.
Eyni zamanda, döyüşən ordunun tərkibində olduqları döyüş müddətləri onların stajına ikiqat ölçüdə hesablanır. Bu da onların həm pensiya hüququnun yaranmasına, həm də pensiya məbləğinə təsir edir".
Xüsusilə vurğulanıb ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına (əsgərlərə), o cümlədən bunlardan müharibə iştirakçısı olanlara yaş həddinin güzəşt edilməsi ilə bağlı qanunvericilkdə hər hansı norma nəzərdə tutulmayıb:
"Müharibə veteranı statusu alımış şəxslərə, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanlara pensiya və ya müavinətdən əlavə Prezident təqaüdü də ödənilir. Göründüyü kimi, pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər. Yəni, sözügedən kateqoriyadan olan şəxslər yaşa görə əmək pensiyasına çıxdıqda Prezident təqaüdünün ödənişi dayandırılmır".
Qeyd edilib ki, yuxarıda bəhs edilən təqaüdlərin məbləği müvafiq olaraq 80, 400, 500 və 600 manat təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bərdədə ağır qəza OLDU
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
"Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
-
Bu gecə gözünüz səmada olsun
-
Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan U-21 millisində dəyişiklik
-
Durovun sevgilisinin istəkləri gündəm oldu - Siyahıda görün nələr var
-
Putinin planı üzə çıxdı? - NATO-nu zəiflətmək istəyir
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür





