Sağlam qida

Bu üsullarla pomidorun tez xarab olmasının qarşısını almaq mümkündür

20 Fevral 2026 02:02
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pomidorlar soyuducuda saxlanılsa da, düzgün olmayan saxlama şəraiti və çürük məhsulla təmas kimi səbəblərdən tez xarab olmağa başlaya bilər. Pomidorların xarab olma və kiflənmə prosesi isə sürətlə gedir.

Milli.Az-ın məlumatına görə, bir neçə təbii üsullarla saxlamağa üstünlük verdikdə pomidorların uzun müddət təravətini qorumaq mümkündür:

Zeytun yağı: Pomidorların sap hissəsinə çox nazik qatla zeytun yağı çəkə bilərsiniz. Bu, hava və rütubətin daxil olmasını azaldaraq xarab olma prosesini ləngidir. Xüsusilə saplı pomidorlarda təsirlidir və pomidorun içi daha gec yumşalır.

Dəfnə yarpağı: Pomidorların saxlandığı qabın içinə bir neçə dəfnə yarpağı qoymaq olar. Bu yarpaqlar təbii şəkildə rütubəti və mikroorqanizmlərin çoxalmasını azaldaraq pomidorların daha uzun müddət təravətli qalmasına kömək edir.

Alma: Bir-iki pomidoru yetişmiş alma ilə eyni səbətə qoya bilərsiniz. Almanın buraxdığı təbii etilen qazı az miqdarda olduqda pomidorun strukturunu qoruyur. Amma almanı uzun müddət eyni yerdə saxlamayın, əks halda həddindən artıq yetişmə baş verə bilər.

Düyü: Pomidorların olduğu qabın altına bir ovuc quru düyü səpə bilərsiniz. Düyü artıq rütubəti özünə çəkir və pomidorların gec yumşalmasına, daha gec xarab olmasına kömək edir. Bu, tam təbii və təhlükəsiz üsuldur.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.