Azərbaycan F1-in STEM Racing proqramına qoşulur - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub.
Milli.Az xəbər verir ki, Azərbaycan Formula 1 tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmi olaraq qoşulub. Ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə və gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.
Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusi təlim mərkəzi - STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.
Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb: "Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlikvə layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıl texnologiya şirkətlərində çalışır və hətta Formula 1-də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq və minlərlə gəncə ilham verəcək".
Proqram çərçivəsində yaradılmış "Caspian Apex" komandası ilk dəfə olaraq Azərbaycanı dünya finalında təmsil edəcək. Yarış 2026-cı il 3-8 oktyabr tarixlərində Sinqapurda (Sentosa adası)keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.
STEM Racing proqramının iştirakçıları Formula 1 komandalarının iş prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsilə hazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla iş və təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.
Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Şeydayevin yeni klubu rəsmiləşdi
-
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
XƏBƏR LENTİ
-
Yaxın günlərdə yumurta qiymətləri enəcək?
-
"Dentera Dental Clinic" inkişaf strategiyasının növbətimərhələsini elan edib - (Foto)
-
Metro xəttləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq? - Rəsmi
-
Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var
-
215 nəfərin öldüyü vulkan yenidən püskürdü
-
Qeydiyyatsız qalan əcnəbiləri hansı cəza gözləyir?
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Dənizdə batan gənc tələbə imiş
-
Pezeşkian istefa xəbərlərinə cavab verdi
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda möhtəşəm meteor yağışı izləniləcək - Tarix açıqlandı
-
Azərbaycanda zəlzələ oldu
-
Pilotun çamadanından 25 kiloqram narkotik çıxdı
-
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı
-
"Quba Palace"da qolf turniri keçirildi - (Video/Foto)
-
Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən





