İdman

“Sabah” braziliyalı müdafiəçi aldı

13 İyun 2026 10:05
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, bununla bağlı klub məlumat yayıb.

Bildirilib ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib. Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.