Dünya

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

13 İyun 2026 10:44
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən ABŞ-İran sazişi ilə bağlı edilən paylaşımı yenidən yayımlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Trampın paylaşdığı mesajda Əraqçi ABŞ və İran arasında müzakirə olunan razılaşmanın yekunlaşmağa çox yaxın olduğunu vurğulayıb.

"İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər tamamlanmağa yaxın olmayıb", - o bildirib.

İranlı nazir açıqlamasında media nümayəndələrini sazişin məzmunu ilə bağlı fərziyyələrdən çəkinməyə çağırıb və sənədin detalları barədə məlumatların yaxın vaxtlarda açıqlanacağını qeyd edib.

ABŞ Prezidenti daha əvvəl verdiyi açıqlamada İranın sazişlə bağlı bəzi detalları mediaya vaxtından əvvəl sızdırdığını iddia etmiş və "Onlar tez hərəkət etsələr, yaxşı olar" ifadəsini işlətmişdi.

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.