Sağlam qida

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

13 İyun 2026 00:12
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağlam omeqa tipli yağlar da saxladığı müəyyən edilən bu yaşıl yarpaqlı tərəvəzi gündəlik qidalanma rasionunuza daxil edə bilərsiniz.

Milli.Az xəbər verir ki, çox insan pərpətöyünü sadəcə yay aylarında qatıqla qarışdırılan və ya salatlara rəng qatan sıradan bir göyərti kimi görür. Halbuki son illərdə aparılan elmi araşdırmalar bu təvazökar tərəvəzin qida dəyərinin təxmin etdiyimizdən qat-qat üstün olduğunu göstərir.

Elmi adı Portulaca oleracea olan pərpətöyün kalori dəyəri olduqca aşağı olmasına baxmayaraq, orqanizmin ehtiyac duyduğu bir çox mikro qidaları təkbaşına təmin edə bilən nadir tərəvəzlərdən biridir. Tərkibindəki zəngin omeqa-3 yağ turşuları, güclü antioksidantlar, vitamin və minerallar sayəsində pərpətöyün müasir qidalanmada "funksional qidalar" kateqoriyasında mühüm yer tutur.

Balıq yeməyənlər üçün ideal mənbə
Omeqa-3 dedikdə dərhal ağıla qızılbalıq, sardinya kimi yağlı balıqlar və ya balıq yağı əlavələri gəlir. Lakin pərpətöyün bitki dünyasında bu qaydanı pozan unikal bir istisnadır. Araşdırmalar sübut edir ki, yaşıl yarpaqlı tərəvəzlər arasında ən yüksək alfa-linolenik turşusu (ALA), yəni bitki mənşəli omeqa-3 ehtiva edən qidaların başında məhz pərpətöyün gəlir.

Bu xüsusiyyət xüsusilə dəniz məhsulları istifadə etməyən və ya edə bilməyən şəxslər üçün əvəzolunmaz qidalanma üstünlüyü yaradır. Süddə və balıqda axtarmağa vərdiş etdiyimiz bu dəyərli yağ turşuları:

Ürək sağlamlığını qoruyur,

Orqanizmdəki iltihabı (inflamasiyanı) azaldır,

Damar sağlığını qoruyur və beyin funksiyalarını ideal şəkildə dəstəkləyir.

Məhz buna görə də yay süfrələrində yediyiniz sadə bir pərpətöyün salatı, əslində orqanizminiz üçün hüceyrə səviyyəsində böyük bir investisiyaya çevrilir.

Bağırsaqların yeni "yanacağı"
Pərpətöyünün yüksək lifli strukturu təkcə həzm sistemini rahatladıb qəbizliyin qarşısını almaqla qalmır. Son illərdə tibb dünyasının diqqət mərkəzində olan bağırsaq mikrobiomu (mikrobiotası) üzərində aparılan tədqiqatlar bu liflərin daha dərin funksiyası olduğunu üzə çıxarıb.

Pərpətöyündən alınan liflər bağırsaqlarımızda yaşayan faydalı bakteriyaların (probriotiklərin) əsas qida mənbəyini (prebiotikləri) təşkil edir. Bu dost bakteriyaların balanslı qidalanması isə təkcə həzm rahatlığını təmin etmir, həm də güclü immun sistemini, sağlam metabolizmi və hətta ruh yüksəkliyimizi birbaşa tənzimləyir.

Stressdən qorunmağın təbii yolu
Hava çirkliliyi, nizamsız qidalanma, gərgin iş qrafiki və keyfiyyətsiz yuxu kimi müasir həyatın gətirdiyi mənfi amillər bədənimizdə "oksidativ stress" yaradır. Bu prosesdə ortaya çıxan sərbəst radikallar sağlam hüceyrələrimizə zərər vuraraq qocalmanı və xəstəlikləri tətikləyir.

Pərpətöyün tərkibindəki zəngin C vitamini, beta-karotin, E vitamini və fenolik birləşmələr sayəsində tam bir antioksidant qalxanı rolunu oynayır. Laboratoriya araşdırmaları pərpətöyünün sərbəst radikallarla mübarizə aparmaq və oksidativ stressi azaltmaq qabiliyyətinin gözləniləndən çox daha yüksək olduğunu nümayiş etdirir.

Yay aylarının mineral anbarı
Vitaminlərlə yanaşı, bu tərəvəz həm də əsl mineral qaynağıdır. Xüsusilə tərləmə vasitəsilə mineral itirdiyimiz yay aylarında potasium, kalsium, dəmir və maqnezium ehtiyacını qarşılamaq üçün ən güclü təbii seçimlərdən biridir.

Bu minerallar arasında pərpətöyünün maqnezium tərkibi xüsusi diqqətə layiqdir. Günümüzdə çatışmazlığı ən çox görülən minerallardan biri olan maqnezium; əzələlərin sağlam şəkildə yığılıb-açılmasından sinir sisteminin sakitləşməsinə qədər yüzlərlə metabolik mexanizmdə həyati vəzifələr yerinə yetirir. Pərpətöyünü müntəzəm olaraq yemək bu kritik çatışmazlığı bağlamağın ən ləzzətli və təbii yoludur.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.