Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələləri də uğurla başa vurarsa, protez və implant istifadəsini böyük ölçüdə azalda biləcək inqilabi bir addım hesab olunur.
Milli.Az xəbər verir ki, Yaponiyanın "Toregem Biopharma" biotexnologiya şirkəti tərəfindən hazırlanan və hazırda TRG035 adı ilə tanınan dərman, diş itkisi yaşayan insanlarda dişlərin yenidən çıxmasını təmin etmək məqsədilə klinik sınaqlara cəlb edilib.
Bu müalicə uğurlu olacağı təqdirdə milyonlarla insan üçün protez və implantlara ehtiyac qalmayan yeni bir dövrün qapılarını aça bilər.
Mexanizm: Diş inkişafını boğan zülal hədəf alınır
Dərman bədəndə dişlərin formalaşmasını və inkişafını tormozlayan USAG-1 adlı xüsusi zülalı hədəf alır. Anti-cisim (antikor) əsaslı bu müalicə metodu həmin zülalın təsirini azaldaraq, orqanizmin təbii şəkildə yeni diş yaratma mexanizmini yenidən hərəkətə gətirir.
Siçanlarda uğurlu nəticələr
Tədqiqatçılar dərmanın anadangəlmə dişsiz olan siçanlarda yeni dişlərin çıxmasını uğurla təmin etdiyini açıqlayıblar. Bu uğurlu nəticədən sonra layihənin inkişafı üçün təxminən 5,3 milyon dollar investisiya toplanıb və sınaqlar insanlara keçirilib.
Kioto Universiteti Xəstəxanasında başlanılan "Faza 1" klinik sınaqları çərçivəsində dərman yetkin kişi könüllülər üzərində yoxlanılıb. İlkin mərhələnin yekun nəticələri hələ rəsmən açıqlanmasa da, şirkət artıq daha genişmiqyaslı "Faza 2" sınaqlarına hazırlaşır.
2030-cu il hədəfi
Alimlər klinik proseslərin rəvan və uğurlu keçəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər rəsmi istifadə icazəsi ala biləcəyini proqnozlaşdırırlar.
Müalicənin ilk növbədə anadangəlmə bir çox daimi dişi əskik olan və tibbdə "ağır konjenital hipodontiya" kimi tanınan xəstəlikdən əziyyət çəkənlər üçün tətbiqi planlaşdırılır.
Tədqiqatçılar bu metodun gələcəkdə diş əti xəstəlikləri, travmalar və ya digər fərqli səbəblərdən dişlərini itirən adi şəxslərdə də effektiv ola biləcəyini düşünürlər.
Layihənin baş tədqiqatçısı Dr. Katsu Takahasi yeni diş yetişdirməyin uzun illərdir stomatologiyanın ən böyük hədəflərindən biri olduğunu vurğulayıb: "Yeni dişlər yetişdirmək ideyası hər bir stomatoloqun xəyalıdır. Tələbəlik illərimdən bəri bunun üzərində işləyirəm və buna nail ola biləcəyimizə hər zaman inanırdım".
Buna baxmayaraq, bəzi mütəxəssislər bu metodun insanlarda gözlənilən nəticəni verib-verməyəcəyi barədə hələlik ehtiyatlı danışırlar. Müəyyən tədqiqatçıların fikrincə, bu müalicə növü böyümə və inkişaf çağında olan gənclərdə daha təsirli ola bilər, yetkin yaşlı insanlarda isə eyni nəticəni əldə etmək daha çətin olacaq.
Yaxın illərdə aparılacaq genişmiqyaslı sınaqlar bu suallara tam aydınlıq gətirəcək. Hər bir halda, uğurlu nəticə stomatologiya tarixində bir inqilab olacaq.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi





