Həzrəti Ömərə aid kitabə və Quran ayələri aşkarlandı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının Mədəni İrs İdarəsi Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı İslamın ilk dövrlərinə aid yüzlərlə kitabə, qayaüstü təsvir və digər tarixi tapıntıların aşkar edildiyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mədinənin Mehd bölgəsində həyata keçirilən arxeoloji səth araşdırmalarının ikinci mərhələsi çərçivəsində ümumilikdə 1774 tarixi tapıntı sənədləşdirilib.
Tədqiqatlar zamanı 156 yeni arxeoloji məkan qeydə alınıb. Bunlara 461 İslam dövrünə aid kitabə, 34 Səmudi yazısı, 1259 qayaüstü rəsm, 11 daş tikili, 3 tarixi saray və bina qalıqları, 2 qədim karvan yolu və 4 quyu daxildir.
Mütəxəssislərin diqqətini xüsusilə cəlb edən tapıntılar arasında Qurani-Kərim ayələrinin həkk olunduğu kitabələr və Həzrəti Ömərin adının çəkildiyi erkən İslam dövrünə aid yazılar yer alır.
Aşkarlanan kitabələrdən birində belə yazıldığı bildirilir: "Allah bu dünyada və axirətdə Ömər ibn əl-Xəttabın dostudur. Allahdan başqa ilah yoxdur".
Hicazi xətti ilə yazılan bu kitabənin "İbrahim" adlı şəxs tərəfindən həkk edildiyi qeyd olunur.
Tapıntılar arasında həmçinin Qurani-Kərimin Nisa surəsinin 58-ci ayəsindən hissələrin yer aldığı kitabələr də aşkarlanıb. Həmin ayədə əmanətlərin sahiblərinə qaytarılması və insanlar arasında ədalətlə hökm verilməsi əmr olunur.
Mədəni İrs İdarəsinin məlumatına görə, bu yazılar Quran ayələrinin İslamın ilk dövrlərində yazılı formada geniş istifadə olunduğunu göstərən mühüm tarixi sübutlar hesab edilir.
Araşdırmalar zamanı erkən İslam dövrünə aid digər kitabələr, qayaüstü təsvirlər və müxtəlif tarixi izlər də müəyyənləşdirilib. Qurumun açıqlamasında vurğulanıb ki, bu tapıntılar İslam dövlətinin ilk illərinin dini, sosial və mədəni həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.
Bildirilir ki, yeni kəşflər erkən İslam tarixi, ərəb yazı mədəniyyəti və Ərəbistan yarımadasının sivilizasiya irsinin araşdırılmasına mühüm töhfə verir. Bölgədə arxeoloji tədqiqatların davam etdiriləcəyi qeyd olunub.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
XƏBƏR LENTİ
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - (Video/Foto)
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik şəbəkəsinə qoşulma xərclərinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək





