Hadisə

Qızının evinə qonaq gedən kişinin kanalda meyiti tapıldı

13 İyun 2026 09:27
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beyləqanda kanalda batan 65 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az xəbər verir ki,  rayonun Eyvazallar kəndi ərazisində Yuxarı Qarabağ kanalına düşən Əhliman Sarıyevin meyiti aşkarlanıb.

Onun meyiti batdığı ehtimal olunan ərazinin yaxınlığında tapılıb.

Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.