Hadisə

Daşkəsəndə yol çökdü

14 İyun 2026 11:40
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daşkəsən rayonunda yağan güclü yağışlar və sel suları nəticəsində yolun bir hissəsində çökmə qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi və asfalt örtüyü tamamilə çöküb.

Hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Qeyd olunub ki, yolun bir zolağından istifadə mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmələri tövsiyə olunur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.