Hadisə

Ağdamdakı yanğın söndürüldü - YENİLƏNİB

14 İyun 2026 10:57
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya ildırım düşməsi nəticəsində başlayan yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, hadisə kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazada qeydə alınıb.

Əraziyə cəlb olunan yanğınsöndürmə qüvvələri alovu qısa müddətdə nəzarətə götürərək söndürüblər.

Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb.

________________

Ağdam rayonunda mağazada yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə iyunun 14-də səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və nəticədə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.