Dünya

ABŞ və İran razılaşmaya bir addım daha yaxınlaşır

14 İyun 2026 12:47
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ və İran arasında davam edən danışıqlarda tərəflərin razılaşmaya bir addım daha yaxınlaşdığı bildirilir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və İran rəsmiləri mümkün memorandumun virtual formatda imzalanması üçün hazırlıq işləri görürlər. Bu addımın əldə olunan razılaşmanın daha operativ şəkildə rəsmiləşdirilməsi və mümkün texniki maneələrin aradan qaldırılması məqsədi daşıdığı qeyd olunur.

Mənbələr bildirir ki, elektron imzalanma variantı həm təhlükəsizlik, həm də logistika baxımından daha əlverişli hesab edilir.

ABŞ Prezidenti Donald Trampın da razılaşmanın yaxın zamanda imzalana biləcəyinə dair açıqlama verdiyi, Pakistanın Baş naziri Şahbaz Şərifin isə tərəflər arasında çərçivə sazişi üzrə anlaşmanın əldə olunduğunu və imzalanmanın 24 saat ərzində baş tuta biləcəyini dediyi bildirilir.

Bununla belə, İran tərəfi prosesə ehtiyatlı yanaşır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yekun qərarın hələ verilmədiyini vurğulayaraq, vaxtla bağlı tələsik açıqlamalardan çəkinməyə çağırıb.

Qeyd olunur ki, razılaşmanın əsas məqsədi ABŞ-İran gərginliyinin azaldılması, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və İranın nüvə proqramı üzrə daha geniş danışıqlara zəmin yaradılmasıdır.

Ekspertlərin fikrincə, tərəflər razılaşmaya yaxın olsalar da, yekun sənədin imzalanması hələ müəyyən siyasi maneələrlə üzləşə bilər.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.