"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lukas Torreyraya İstanbulun Beyoğlu rayonunda yumruqla hücuma məruz qalıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Camiikebir məhəlləsində yerləşən bir ticarət mərkəzinin qarşısında, kafedən çıxış zamanı baş verib.
Məlumata görə, "Qalatasaray"ın ulduzu Torreyra sevgilisi ilə birlikdə məkanın qarşısında olarkən, əvvəllər uzaqlaşdırma qərarı olduğu bildirilən Y.Y. adlı şəxs ilə qarşılaşıb. Tərəflər arasında qısa sözlü mübahisə yaranıb və daha sonra vəziyyət gərginləşib.
İddialara əsasən, Y.Y. futbolçuya yumruq zərbəsi endirib. Hadisədən sonra ətrafdakı şəxslər müdaxilə edib, şübhəli isə taksi ilə ərazidən uzaqlaşmağa çalışsa da, təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.
Polis araşdırması zamanı həmin şəxsin əvvəlki "qəsdən xəsarət yetirmə" cinayəti üzrə qeydinin olduğu, həmçinin barəsində uzaqlaşdırma qərarı mövcud olduğu müəyyən edilib.
Hadisə zamanı Lukas yüngül xəsarət alıb. Onun sol göz və qaş nahiyəsində qızartı olduğu bildirilib və futbolçu tibbi müayinədən keçirilib.
Zərərçəkən futbolçu ifadəsində hücumu gözlənilməz adlandıraraq, həmin şəxsi tanımadığını və ona qarşı heç bir fiziki hərəkət etmədiyini bildirib. O, baş ağrısından şikayətlənərək hüquqi şikayətçi olduğunu da qeyd edib.
İş üzrə saxlanılan şübhəli məhkəməyə göndərilib və araşdırma davam edir.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini dörd medalla başa vurublar
-
Türkiyə Montella ilə bağlı qərarını verdi
-
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu
-
"8-ci kilometr bazarı"nda satıcılara ərazini tərk etmək tapşırıldı
-
Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
XƏBƏR LENTİ
-
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini dörd medalla başa vurublar
-
Rusiya ordusu irəliləyir, 8-9 km qalıb - Putin
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
-
Böyük Qafqaz dağlarında sıldırımdan yıxılan alpinist xilas edilib (Video)
-
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
-
Əhvalım çox pisdir - Ofeliya Sənani
-
Türkiyə Montella ilə bağlı qərarını verdi
-
Sabah Nizami rayonunda işıq olmayacaq
-
Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul
-
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu
-
"8-ci kilometr bazarı"nda satıcılara ərazini tərk etmək tapşırıldı
-
Çində 5,2 bal gücündə zəlzələ baş verib
-
Cənubi Koreya prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
-
Argentinalı futbolçu ailəsini zəlzələdə itirdi
-
Babək rayonunda ağır qəza - üç nəfər xəsarət alıb (Foto)
-
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb (Foto)
-
Tut mürəbbəsi resepti
-
Berlində vəziyyət acınacaqlıdır
-
Venesuelada zəlzələ nəticəsində 60 min bina dağılıb
-
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
-
Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş (Foto)
-
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
-
Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
-
Tahinin əsas faydaları





