“Hesaba görə azarkeşlərdən üzr istəyirəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin məşqçisi Vitali Vernidub Misli Premyer Liqasının 29-cu turunun "Qarabağ"la(1:5) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.
- Hesab nəyə görə belə oldu?
- "Qarabağ"la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Bunları oyunçularımız başa düşüb, riayət etməyə başlasalar... Başa dümək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil.
- "Qarabağ"ın orta xəttində Pedro Bikalyo, Marko Yankoviç, Joni Montiel kimi topla yaxşı davranan futbolçular var. "Neftçi"də isə Metyu İfenayi orta xətdə tək qalmışdı. Buna önləm almamışdınız?
- Əlbəttə ki, "Qarabağ"la oyuna hazırlaşmışdıq. Düşünürsüz ki, biz onları təhlil etməmişdik? Dediyiniz oyunçular Çempionlar Liqasında oynayırlar, orada da öz səviyyələrini göstərirlər. Ona görə də bizim oyunçular da bu sualı özlərinə verməlidirlər ki, onlar da daha yaxşı oynaya bilərdilər, ya yox? Bunu biz məşqçilər olaraq, özümüzə verəcəyik. Biz həqiqətən taktiki aspektləri daha yaxşılaşdıra bilərdikmi? Bir daha elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. Hər bir oyunçu öz ambissiyalarını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl "Neftçi"idir. Öz xarakterini, incikliyini unutmaq lazımdır.
- Start heyətində Qurban Qurbanov gözləmədiyiniz manevr etmişdi və Musa Qurbanlı hücum xəttində yer almışdı. Müdafiə xətti Musanın qarşısını ala bilmədi. Əvvəldən gözləyirdiniz bunu? Müdafiə xətti onun qarşısını nəyə görə ala bilmirdi?
- Bilmirəm necə cavab verim. Biz hazırlaşmışdıq. Amma adam o mövqelərdə, vəziyyətlərdə daha yaxşı oyun göstərdi. Müdafiəni yardı. Bugünkü oyunu araşdırıb, təhlil edib nəticə çıxarmalıyıq. Hazırda hesab 1:5-dir. Hər birimiz bunu anlayırıq. Eyni zamanda bugünkü hesaba görə azarkeşlərdən də üzr istəyirəm.
- Bugünkü hesabın 4 gündən sonra təkrarlanmaması üçün fərqli taktika seçmək olar?
- Ümidvaram ki, biz buna nail olacağıq. Bunun üçün bəzi şeyləri dəyişəcəyik. Bizim heyətdə dəyişikliklər olacaq. Buna əminəm. Ona görə ümid edirəm ki, biz buna nail olacağıq.
- Avrokuboklar uğrunda gərgin mübarizə fonunda bu məğlubiyyət komandaya inamsızlıq gətirə bilər?
- Əlbəttə ki, istənilən halda psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma əsas odur peşəkar futbolçusansa, belə məğlubiyyətlərdən sonra dirçəlməlisən. Oyuna baxmalısan, yaxşı məqamları saxlamalısan, neqativləri aradan qaldırmaq lazımdır. Yaxşı məqamlar çox deyildi. Amma var idi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
XƏBƏR LENTİ
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Bu tarixdə Günəş tam tutulacaq
-
Özəl bağçalarda 8 min uşağın təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində ağır yaralandı - (Foto)
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb - (Video)
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq





