İdman

Tarixi oyundan öncə "Qarabağ"da ciddi itki

17 Fevral 2026 19:24
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək. 

Milli.Az xəbər verir ki, Ağdam klubunun heyətində yalnız bir itki var.

Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər.

Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.

"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.

Xatırladaq ki, "köhlən atlar"ın son matçında da Mateuş iştirak etməyib. "İmişli" ilə oyunda onu Fabian Buntiç əvəzləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək. (Apasport.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.