İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid" fransalı müdafiəçi ilə yaxından maraqlanır.
Kataloniya təmsilçisi hazırda oyunçunu satmaq niyyətində deyil. Lakin klub 70-80 milyon avroluq təklif alsa, bu transferi nəzərdən keçirə bilər.
Fransa millisinin 27 yaşlı müdafiəçisi İngiltərənin "Çelsi" klubunun da diqqət mərkəzindədir.
Qeyd edək ki, Jül Kundenin "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Milli.Az





