İdman

“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı

16 Fevral 2026 13:25
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.