İdman

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

15 Fevral 2026 19:34
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasında XX turun növbəti iki oyunu keçirilib.

Milli.Az xəbər verir ki, günün ilk matçında "Neftçi" səfərdə "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Araz-Naxçıvan" "Sumqayıt"ı minimal hesabla məğlub edib - 1:0.

Bu nəticələrdən sonra 30 xala malik üç komandadan "Neftçi" 5-ci, "Sumqayıt" 6-cı, "Araz-Naxçıvan" 7-cidir. "Kəpəz" isə 13 xalla 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 16-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.