Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.
Milli.Az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.
Əvvəlcə "Kəpəz" Yevlaxda "Neftçi"ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub. Komandalar arasındakı ilk dövrədəki oyunda "Neftçi" rəqibini 5:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə "Araz-Naxçıvan"la "Sumqayıt" üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində "Sumqayıt" 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir.
Qeyd edək ki, tura sabah keçiriləcək ik oyunla yekun vurulacaq.
Milli.Az





