İdman

“Qarabağ” ötən mövsümdə nə qədər qazanc ƏLDƏ EDİB?

13 Fevral 2026 11:58
Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.

Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib. "Qarabağ" əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun sıralamaya əsasən isə 75 min avro alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.