İdman

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

21 Dekabr 2025 20:36
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, üçüncü oyun gününün sonuncu görüşü "Araz-Naxçıvan"la "Şamaxı" arasında baş tutub. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub.

Naxçıvan təmsilçisi bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Daha öncə keçirilmiş oyunlarda "Kəpəz" "Turan Tovuz"a (0:2), "Karvan-Yevlax" "Neftçi"yə (1:2), "Qəbələ" "Qarabağ"a (1:2) uduzub, "Zirə" - "İmişli" matçında qalib müəyyənləşməyib - 0:0. "Sumqayıt" - "Sabah" matçı sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
21 dekabr

"Araz-Naxçıvan" - "Şamaxı" 2:0
Qollar: Patrik Andrade, 54. Çarlz Boli, 87.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
"Liv Bona Dea Arena", 17:30.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.