Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə Bilbao "Atletik"i ilə qarşılaşıb.
Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.
Bəs, Qarabağ Çempionlar Liqasında neçəncidir?
Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Milli.Az