İdman

Azərbaycan Qran-prisində f1 pilotları ilə “fan forum” təşkil olunub - FOTO

19 Sentyabr 2025 17:34
Baxış: 199
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri - Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.

Milli.Az xəbər verir ki, səhnədə təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək onların suallarını cavablandırıb, avtoqraf verib və foto çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.

Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams, McLaren, Kick Sauber və Aston Martin komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.

Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.