İdman

Platini öz evində qarət edildi

18 İyul 2025 22:54
Baxış: 349
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA-nın keçmiş prezidenti Mişel Platini Marsel şəhəri yaxınlığındakı evində qarət edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.

Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb.

Xatırladaq ki, 1984-cü ilin Avropa çempionu və 3 dəfə "Qızıl top"un sahibi olan Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.