İdman

Niko Uilyams "Barselona"nı buna görə seçməyibmiş

4 İyul 2025 20:09
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə ay adı "Barselona" ilə hallanan Niko Ulilyamsın "Altetik"də qalması çoxlarını təəccübləndirib. 

Milli.Az xəbər verir ki, Bilbao təmsilçisi bu gün futbolçu ilə 10 illik yeni müqavilə bağlayıb.

Uilyams imzalanma mərasimindən sonra "Barselona"ya keçməməsinin səbəbini belə izah edib: "Qərar qəbul edərkən mənim üçün ən önəmlisi ürəyimdir. Mən harda olmaq istəyirdimsə, elə ordayam - öz xalqımla. Bu, mənim evimdir. İrəli, "Atletik"!

Yeni müqavilədə 22 yaşlı hücumçunun transfer dəyərinin 95-100 milyon avro arasında göstərildiyi bildirilir.

Qeyd edək ki, İspaniya millii komandasında da çıxış edən Niko 11 yaşından "Atletik"in formasını geyinir. 

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.