İdman

Mahir Emrelinin son vəziyyəti açıqlandı

2 May 2025 19:31
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın "Fortuna Düsseldorf"a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

"Nürnberq"in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də "Elbersberq"a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 matçda 7 dəfə rəqib qapısına yol tapıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.