İngiltərə nəhəngi "Çelsi" "Real"ın ulduzu Rodriqo Silva de Qoisiyə göz qoyub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, komanda 24 yaşlı braziyalı üçün 120 milyon avro təklif etməyə hazırlaşır.
Sözügedən məbləği gözdən çıxaran "Zadəganlar"ın transfer üçün ciddi səy göstərəcəyi bildirilir.
Xatırladaq ki, Braziliya "Santos"dan transfer 45 milyon avroya 2019-cu ildə "Real"a keçən Rodriqo klubunun heyətində 68 qolla yadda qalıb.
Tural
Milli.Az