Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub.
Milli.Az Trend-ə istinadən bildirir ki, qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi zamanı baş tutub.
Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi "sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək", ilk növbədə isə 2023-2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.
Yanvarın 16-da Donald Tramp "Sülh Şurası" adlı beynəlxalq təşkilatın yaradılması barədə qərarını elan edib və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa dəvət edib.
Azərbaycan bu dəvəti qəbul edib və ABŞ tərəfinə Sülh Şurasının təsisçi dövləti olmaq niyyətini çatdırıb.
Milli.Az





