İdman

Bəhlulun atası: “Allaha dua edirdim ki...” -

22 Yanvar 2026 15:30
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi". 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun "Qarabağ" - "Ayntraxt" matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən bildirib. 

"Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm. Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.