İdman

“Nə baş məşqçi, nə də oyunçular mükafatı haqq edir” - Qvardiola

29 Mart 2025 20:00
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının qarşıdan gələn klublararası dünya çempionatı üçün mükafatı haqq etmədiyini bildirib.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, "şəhərlilər"ə turnirdə iştirak etdikləri üçün ən azı 25,9 milyon dollar ödəniləcəyi bildirilib. Yarışın qalibi isə 125 milyon dollar mükafat alacaq.

Bununla əlaqədar olaraq Qvardiola bildirib: "Biz bu mövsüm bonusu haqq etmirik. Əgər qalib gəlsək, nə qədər olacağını bilmirəm, amma bütün məbləğ kluba gedəcək. Baş məşqçi, texniki heyət və oyunçular bonus haqq etmirlər. Hətta vəd olunan saatları belə".

Qvardiolanın bu fikirlərinə komandanın hazırkı mövsümdə uğursuz çıxışı səbəb olub.  "Mançester Siti" İngiltərə Premyer Liqasında 29 oyundan 48 xalla 5-ci yeri tutur. Komanda Çempionlar Liqasında isə 1/8 finalda mübarizəni dayandırıb. 

Klublararası dünya çempionatı 2025-ci ilin 15 iyun-13 iyul tarixlərində ABŞ-da yenilənmiş formatda keçiriləcək. Turnirdə ilk dəfə 32 klub iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.