İdman

Məhkəmə-tibb ekspertləri: Maradonanın ölümü qəfil baş verməyib

28 Mart 2025 16:25
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi futbolçu və baş məşqçi Dieqo Maradonanın nəşinin yarılması onun ölümünün qəfil baş vermədiyini və səhhətinin xəstəxanaya yerləşdirilməsini tələb etdiyini göstərdi.

"Report" "La Nacion" qəzetinə istinadən xəbər verir ki, bu barədə məhkəmə-tibb ekspertləri keçmiş futbolçunun ölümü ilə bağlı məhkəmə iclasında bildiriblər.

"Daxili orqanlardakı maye bir neçə gün ərzində yığılıb. Onun vəziyyəti kifayət qədər proqnozlaşdırılırdı. Söhbət qəfil və gözlənilməz ölümdən getmir", - məhkəmə-tibb eksperti Karlos Maurisio Kassinelli bildirib.

Meyitin yarılması Maradonanın daxili orqanlarında çoxlu miqdarda mayenin yığıldığını göstərdi - ürəyi normadan iki dəfə çox olub. Mütəxəssisin fikrincə, evdə Maradonaya qulluq edən tibb işçiləri simptomların pisləşdiyini görməli idilər. Kassinellinin sözlərinə görə, keçmiş futbolçunun vəziyyəti xəstəxanaya yerləşdirilməsini və ya evdə daha yaxından müayinəsini tələb edirdi.

Yarılmada iştirak edən digər məhkəmə-tibb eksperti Federiko Korasaniti deyib ki, Maradonanın ölümündən əvvəl uzun müddətli əzabın olduğunu, ürəkdə qan laxtaları ilə göstərib. "Ultra qısa əzablar ürək kameralarında qan laxtalarının əmələ gəlməsinə imkan vermir, vaxt çatmır. Buna görə də, Maradonanın bədən vəziyyətinə əsaslanaraq, deyirik ki, söhbət bir neçə saatdan gedir", - Korasaniti deyib. Mütəxəssislərin fikrincə, canvermə 12 saata çata bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.